
Huawei Mate 20 Pro'nun keyfiyyətli render fotoları yayıldı
Elm & Texnologiya
22.09.2018
Emil
İnternetdə, gələn ay təqdim olunacaq Huawei Mate 20 Pro flaqman modelinin
keyfiyyətli render fotoları yayılıb. Paylaşılmış yeni fotolarda smartfon hər tərəfdən
əks olunub. Buna görə də onun dizayn özəlliklərinə baxmaq olar. Ön paneldən
Mate 20 Pro modeli P20 smartfon seriyasına bənzəyəcək. Belə ki, Mate 20 Pro
modeli də P20 smartfon seriyasındakı kimi ekran üzərində çıxıntı hissəyə və
aşağı hissədə qalın çərçivəyə sahibdir.

Bundan əlavə olaraq Mate 20 Pro-nun kənar
hissələri Samsung smartfonlarındakı kimi əyilmiş formada olacaq. Arxa paneldə
isə smartfon kvadrat formasında olan 3 arxa kamera və işıqlandırma sistemini
özündə birləşdirəcək. Bununla yanaşı barmaq izi skanı yerinə rast gəlinmir. Bu
isə o deməkdir ki, çox güman ki, həmin texnologiya smartfonun ekranına
inteqrasiya olunacaq. Məlumata əsasən Mate 20 Pro 8 nüvəli Kirin 980 prosessoru
ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mate 20 və Mate 20 Pro modellərinin
təqdimatı 16 Oktyabr tarixində baş tutacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
