Huawei Mate 30 flaqman smartfonu barəsində məlumat verilib

Huawei Mate 30 flaqman smartfonu barəsində məlumat verilib

Texnologiya
03.06.2019 PAYLAŞIM

    ABŞ hökuməti olan problemlərə baxmayaraq Huawei şirkəti Mate 30 adlı flaqman smartfon seriyası üzərində aktiv şəkildə çalışır. İndi isə Teme ləqəbli insayder sözügedən smartfon seriyası barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Onun verdiyi məlumata əsasən Mate 30 flaqman seriyası əvvəlcədən də güman edildiyi kimi Kirin 985 prosessoru vasitəsilə çalışacaq.

    Amerikadan və İngiltərədən olan şirkətlərdən fərqli olaraq Tayvanın TSMC şirkəti Huawei üçün bu prosessorları istehsal edəcək. İnsayder onu da bildirib ki, Mate 30 seriyasının smartfonları Çində Huawei şirkətinin HongMeng OS adlı fərdi əməliyyat sistemi ilə satışa çıxacaqlar. Lakin qlobal bazarda həmin smartfonların hansı əməliyyat sisteminə sahib olacaqları sual altında qalır. Smartfonlar təqribi olaraq 22 sentyabr tarixində təqdim olunmalıdırlar.

Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, şirkətin yeni flaqman smartfon seriyasına Mate 30 ilə Mate 30 Pro smartfonları daxil olacaqlar. Mate 30 Lite barəsində heç bir məlumat yoxdur. Məlumata əsasən Mate 30 Pro modeli BOE şirkəti tərəfindən istehsal olunacaq 6.71 düym OLED ekran və 55 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı bu modelin 5G şəbəkə dəstəkli versiyasının da olacağı güman edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×