Huawei Mate 30, Mate 30 Pro və Mate 30 RS Porsche Design rəsmi olaraq təqdim olundu - QİYMƏTLƏR

Huawei Mate 30, Mate 30 Pro və Mate 30 RS Porsche Design rəsmi olaraq təqdim olundu - QİYMƏTLƏR

Texnologiya
19.09.2019 PAYLAŞIM

    Münhendə keçirilmiş təqdimat tədbiri çərçivəsində Huawei şirkəti öz yeni flaqman smartfon modelləri olan Mate 30, Mate 30 ProMate 30 RS Porsche Design-ı təqdim etdi. Gəlin adi Mate 30 modelindən başlayaq. Mate 30 Pro-dan fərqli olaraq adi Mate 30 modeli kənar çərçivələrə sahib 6.62 düym OLED ekran əldə etdi. Ekranın üzərində həmçinin ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yelrəşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi şüşə materialdan hazırlanıb və o, IP53 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Bu yeni modelin əsas özəllikləri sırasında həmçinin kontaksız idarəetmə üsulu da var. Mate 30 modeli Kirin 990 prosessoru vasitəsilə çalışır və smartfonun daxilində Mali-G76 qrafik sürətləndirici və ayrıca neyron hesablamaları üçün nəzərdə tutulmuş modul var.

    Smartfon 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 40 MP (f/1.8 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) + 16 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 24 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Batareya həmçinin 27 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Bununla yanaşı Kirin 990 prosessorunun 5G şəbəkəsini dəstəklədiyi halda Mate 30 modeli yalnız 4G şəbəkəsində çalışa bilir. Smartfonun kameraları həmçinin 3 qat optik zoomu, 5 qat hibrid zoomu və 30 qat rəqəmsal zoomu dəstəkləyirlər. Smartfon EMUI 10 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin istifadəçilər lazımi tətbiqləri şirkətin App Gallery adlı online mağazasından yükləməli olacaqlar. Mate 30 modeli 799 avro qiymətindən başlayaraq satışa çıxacaq.

Mate 30 Pro modelinə gəldikdə isə o, daha təkmilləşdirilmiş arxa kamera modulları, fərqli dizayna sahib ekran və yüksək batareya həcmi ilə fərqlənir. Beləliklə Mate 30 Pro modeli 2400x1176 piksel keyfiyyətli 6.53 düym Flex OLED ekran əldə edib. Ekranın kənarları isə 88 dərəcə əyilmiş formadadır. Bu cür konstruksiya vasitəsilə smartfonun kənarlarındakı səsin tənzimlənməsi üçün olan fiziki düymələrdən imtina etmək mümkün olub. Həmin düymələrin funksionallığını isə ekran üzərində olan sensorlu düymələr yerinə yetirirlər. Ekranın yuxarı hissəsində isə ön kamera və vacib ötürücülər üçün nəzərdə tutulmuş bir qədər geniş çıxıntı hissə yerləşdirilib. Mate 30 Pro modeli danışıq üçün olan səsgücləndiricilərə sahib deyil. Şirkət yeni smartfonda Screen Sound texnologiyasından istifadə edib. Bu texnologiya vasitəsilə isə səs birbaşa ekran vasitəsilə istifadəçiyə ötürülür.

    Smartfon həmçinin Always on Display funksiyasını da dəstəkləyir. Adi Mate 30 modelində olduğu kimi Mate 30 Pro-da da barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon Kirin 990 prosessoru, Mali-G76 qrafik sürətləndirici, süni zəka alqoritmlərinin işləri üçün nəzərdə tutulmuş ayrıca neyron hesablama bloku, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun yaddaş həcmini həmçinin nanoSD kartlar vasitəsilə də artırmaq olar. Smartfonun əsas özəlliyi isə kameralarındadır. Belə ki, smartfon Leica istehsalı olan 4 arxa kamera moduluna sahibdir: 40 MP (f/1.6 dafraqma, optik stabilizasiya) + 40 MP (f/1.8 diafraqmalı ultragenişbucaqlı kamera) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv, optik stabilizasiya) + 3D ToF.

    Smartfonun 40 MP-lik əsas kamerası 4K keyfiyyətində videolar çəkə bilir və onun əsas özəllikləri sırasında həmçinin saniyədə 7680 kadr sürətlə super slow-mo videoların çəkilişi və Time Lipse rejimi var. Smartfonun arxa kameraları həmçinin 3 qat optik zoomu və 30 qat rəqəmsal zoomu dəstəkləyirlər. Mate 30 Pro həm də f/2.0 diafraqmalı 32 MP-lik ön kamera ilə də təchiz olunub. Smartfonun batareya özəlliklərinə gəldikdə isə onun 4500 mAh enerji tutumlu batareyası 40 vatt gücündə olan Huawei SuperCharge adlı sürətli enerji yığma texnologiyasını və 27 vatt gücündə olan Huawei SuperCharge Wireless sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.

    Bütün bunlardan əlavə olaraq Mate 30 Pro-da Reverse Wireless SuperCharge texnologiyası reallaşdırılıb.Onun vasitəsilə digər cihazları da şarj etmək mümkündür. Sadəcə olaraq cihazı Mate 30 Pro-nun arxa panelinin üzərinə yerləşdirmək lazım olacaq. Smartfon EMUI 10 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, o, Ark kompilyatorunun dəstəyini əldə edib. O isə öz növbəsində əməliyyat sisteminin və tətbiqlərin çalışma sürətini yüksəldir. Tətbiqləri isə şirkətin App Gallery adlı online mağazasından yükləmək lazım gələcək. 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Mate 30 Pro-nun qiyməti 1099 avrodan başlayacaq.

    Smartfonun 5G dəstəkli versiyası isə 1199 avro qiymətində satılacaq. Şirkət həmçinin təqdimat zamanı Mate 30 RS Porsche Design modelini də təqdim etdi. Bu modelin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun gövdəsi daha premium materialdan hazırlanıb və smartfonun özü 12 GB RAM və 512 GB daxili yaddaş həcminə sahibdir. Həmin Porsche Design modelinin arxasında yerləşən qara zolaq hissəsi həmçinin fiziki kəmər özəlliyni də daşıyır. Bunun vasitəsilə istifadəçi smartfonu rahatlıqla əlində tuta bilər. Digər göstəricilər üzrə isə smartfon Mate 30 Pro ilə eynidir. Mate 30 RS Porsche Design modelinin qiyməti isə 2095 avro təşkil edəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..


Google şirkəti Pixelbook Go adlı yeni noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Google şirkəti Chrome OS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir. Beləliklə Made by Google..


Google Pixel 4 və Pixel 4 XL təqdim olundular - QİYMƏTİ

Made by Google tədbiri çərçivəsində Google şirkəti sonunda Pixel 4 və Pixel 4 XL smartfon modellərin..


Yeni iOS versiyası iPhone'larda ciddi problemlər yaradıb

Proqram təminatı yenilənməsi əvvəlki versiyanın zəif nöqtələrini aradan qaldırmaq üçün nəzərdə tutul..


Xiaomi şirkəti Redmi 8 prosessorunun zəif hesab edilməsinə aydınlıq gətirdi..

Hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi 8 smartfon modeli keçən ilki model ilə müqayis..