main-post-cover

    Huawei Mate 30 Pro barəsində yeni məlumatlar ortaya çıxdı

    14.06.2019
    Farid Pardashunas
        Çinin ITHome saytı Huawei şikrətinin Mate 30 Pro adlı flaqman smartfon modeli barəsində yeni məlumat sızıntısını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən smartfon QHD+ keyfiyyətli 6.7 düym AMOLED ekrana sahib olacaq. Bununla yanaşı cihaz Face Unlock texnologiyalı ikili ön kamera və dörd arxa kamera ilə təchiz olunacaq. Smartfonun arxa kameraları 50 qat rəqəmsal zoom və beşqat optik özəlliklərini dəstəkləyəcəklər.
        Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Mate 30 seriyası Kirin 985 prosessoru əsasında çalışacaq. Gözləntilərə əsasən Kirin 985 prosessoru əvvəlki model Kirin 980-dən 10-20% daha güclü olacaq. Bundan əlavə olaraq Mate 30-un 55 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə də təchiz olunacağı güman edilir.
        Daha öncədən güman edilirdi ki, yeni Mate 30 seriyası artıq şirkətin fərdi əməliyyat sisteminə sahib olacaq. Lakin bir neçə müddət bundan öncə Tianfeng Securities şirkətinin analitiklərindən biri bildirmişdi ki, şirkətin fərdi əməliyyat sistemini ilk öncə büdcəli smartfon modelləri əldə edəcəklər. Əgər hər şey yolunda getsə yeni Mate 30 smartfon seriyası bu ilin payız fəslində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər