Reklam
Huawei Mate 30 seriyası Avropa bazarında satışa çıxmaya bilər

Huawei Mate 30 seriyası Avropa bazarında satışa çıxmaya bilər

Texnologiya
19.09.2019 PAYLAŞIM

    Artıq 1 saatdan sonra Huawei şirkəti yeni Mate 30 flaqman smartfon seriyasını təqdim edəcək. Lakin kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən bu seriyaya daxil olacaq smartfonlar Almaniyada satışa çıxsalar da Mərkəzi Avropa bazarında satışa çıxmayacaqlar. Belə ki, Letsgodigital saytının bir neçə mənbəsinin verdiyi məlumata əsasən Mate 30, Mate 30 Pro Mate 30 Lite smartfon modelləri Mərkəzi Avropada satışa çıxmayacaqlar. Bütün məsələ isə ABŞ sanksiyaları səbəbilə sözügedən smartfonların Google servislərinə sahib olmayacaqlarındadır.

    Çinli istifadəçilər üçün bu o qədər də böyük problem deyil. Lakin qlobal bazarda olan istifadəçilər üçün bu, mənfi cəhətdir. Daha öncədən məlumat verilmişdi ki, şirkət öz yeni smartfonlarında açıq mənbəli koda sahib Android versiyasından istifadə edəcək və bu halda istifadəçilər lazımi tətbiqləri özləri yükləməli olacaqlar. Lakin görünür, bu proses də qəlizləşib. Buna görə də Avropa bazarında smartfonların satışları ləğv edilə bilər. Məlumatda qeyd edilib ki, yeni Mate 30 seriyasının bir sıra Avropa ölkələrində satışa çıxması üçün kiçik bir şans var. Hər halda az sonra baş tutacaq təqdimat tədbirində hər şey məlum olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×