Huawei Mate 30 smartfon seriyasının təqdimat tarixi elan edildi
Elm & Texnologiya
02.09.2019
Farid Pardashunas
Əvvəlki məlumat sızıntılarında dəfələrlə qeyd olunurdu ki, bu il Huawei şirkəti yeni Mate 30 flaqman smartfon seriyasını daha tez təqdim edəcək. Təqdimat tarixi kimi isə 19 sentyabr qeyd olunurdu. Sonunda şirkət bunu rəsmi olaraq təsdiqlədi. Belə ki, yeni Mate 30 smartfon seriyasının təqdimatı 19 sentyabr tarixində Münhendə baş tutacaq. Təqdimat tədbirinin sloqanı isə “Rethink Possibilities”-dir.
Bundan əlavə olaraq şirkətin təqdim etdiyi tizer videosu isə yeni Mate 30-un arxa panelindəki kamera modullarının dairəvi sahənin daxilində yerləşəcəyini də təsdiqləyir. Məlumata əsasən kameralardan ikisi 40 MP-lik Quad kameralar olacaq. Bununla yanaşı Mate 30 seriyası yeni Kirin 990 prosessorunu əldə edəcəklər. Həmin prosessor isə bir neçə gündən sonra başlayacaq IFA 2019 sərgisində təqdim olunacaq.
Mate 30 seriyasının Avropadakı təqdimatı isə bu smartfonların heç bir gecikmə olmadan qlobal bazarda satışa çıxacaqlarına ümid yeri qoyur. Belə ki, əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, ABŞ sanksiyaları səbəbilə smartfonların qlobal bazarda satışları təxirə salına bilər. Buna baxmayaraq şirkətin Google servislərinin olmadığı halda nə edəcəyi hələ də məlum deyil. Qeyd etmək lazımdır ki, Mate 30 smartfonlarında Google servisləri və Play Market online mağazası olmayacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək