
Huawei Mate 30 smartfonu hansı qiymətə satılacaq?
Elm & Texnologiya
27.06.2019
Emil
Məşhur hindistanlı insayder Mukul Sharma Huawei Mate 30 smartfonunun ilkin qiymətini paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən smartfon Çində 4000 yuan qiymətinə satılacaq. Bu isə 580$ edir. Söhbət, smartfonun minimal konfiqurasiyasından gedir.
Smartfonun yüksək konfiqurasiyalı modeli isə 4500 yuan qiymətinə (655$) satılacaq. Unutmaq lazım deyil ki, qlobal bazarda smartfon daha baha qiymətə satılacaq. Müqayisə üçün qeyd etmək laz;mdır ki, keçən ilki Mate 20 smartfonu Avropada 800 avro qiymətində satışa çıxmışdı. Şirkət özünün yeni Mate 30 seriyasını bu ilin payız fəslində təqdim edəcəyi güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
