
Huawei Mate X'in satışları yenidən təxirə salınıb
Elm & Texnologiya
14.11.2019
Emil
Artıq sabah Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli olan Mate X-in satıışlarına start verməli idi. İlkin mərhələdə smartfon məhdud sayda satışa çıxmalı idi. Satışı planlaşdırılan model isə Kirin 980 prosessoru və Balong 5000 5G modemi ilə təchiz olunub və 2400$ qiymət göstəricisinə sahibdir. Lakin mənbələrin verdikləri yeni məlumata əsasən şirkət Mate X-in satışlarını yenidən təxirə salıb. Çinin NetEase adlı şirkətinin verdiyi məlumata əsasən şirkət məhz bu cür qərar verib.
Bu barədə IThome saytı xəbər verib. Bununla belə Huawei şirkəti bu məsələ ilə bağlı bir fikir bildirməyib. Smartfonun hansı səbəbə görə təxirə salındığı və onun nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, qatlana bilən Mate X modeli hələ bu ilin əvvəlində MWC 2019 sərgisində təqdim olunmuşdu.
Galaxy Fold-un bir sıra texniki problemlər yaşamasından sonra şirkət qərara gəldi ki, o da bu problemləri yaşamamaq üçün smartfon üzərində bir qədər müddət əlavə çalışmalıdır. Buna görə də smartfonun satışları bilinməyən vaxta kimi təxirə salınmışdı. Lakin Mate X-dən fərqli olaraq Galaxy Fold nəticədə satışa çıxdı. Huawei Mate X-in satışlarının həqiqətən də təxirə salınıb-salınmadığı barəsində məlumat tezliklə bilinəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
