main-post-cover

    Huawei MateBook D16 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    28.11.2023
    Emil Nəcəfov
         Huawei şirkəti MatePad Pro 11 (2024) planşeti ilə yanaşı həmçinin MateBook D16 (2024) noutbukunu da təqdim edib. Şirkətin bu yeni noutbuku 13-cü nəsil Intel Core prosessorunu, böyük həcmli batareyanı, nazik və yüngül gövdəni və keyfiyyətli ekranı əldə edib. Beləliklə Huawei MateBook D16 (2024) noutbuku 1920x1200 piksel keyfiyyətli 16 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir.
         Noutbuk bir neçə versiyada təqdim edilib və onlar öz aralarında prosessor modeli ilə fərqlənirlər. Beləliklə birinci variant Intel Core i5-13420H, ikinci variant Core i5-13500H, üçüncü variant Core i7-13700H, dördüncü variant isə Core i9-13900H prosessoru vasitəsilə çalışır. Core i5 prosessorları vasitəsilə çalışan variantlar Intel UHD qrafikasına, Core i7 və Core i9 vasitəsilə çalışan variantlar isə Intel Iris Xe GPU-na sahibdirlər.
         Noutbuk özündə həmçinin 16 GB-lıq RAM-ı və 1 TB-lıq SSD-ni birləşdirir. MateBook D16 (2024) noutbuku 70 vatt saat həcmli batareya ilə təchiz olunub. Noutbuk özündə həmçinin Metalane adlı anteni birləşdirir. Bu anten faylların yüklənmə sürətini 51% yüksəldir. MateBook D16 (2024)-ün Core i5-13420H prosessorlu versiyası 642$, Core i5-13500H prosessorlu versiyası 698$-a, Core i7-13700H prosessorlu versiyası 837$, Core i9-13900H prosessorlu versiyası isə 907$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MatePad Pro 11 (2024) planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-pro-11-2024-planseti-teqdim-edilib-qiymeti
    Huawei Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır
    huawei-kirin-9000s-prosessorunun-yeni-versiyasi-uzerinde-calisir
    Huawei MateBook D16 (2024) noutbukunun təqdimatı anons edilib
    huawei-matebook-d16-2024-noutbukunun-teqdimati-anons-edilib
    Huawei MatePad Pro 11 (2024) flaqman planşetinin təqdimatı anons edilib
    huawei-matepad-pro-11-2024-flaqman-plansetinin-teqdimati-anons-edilib
    Huawei P70-in kütləvi istehsalına yaxın zamanda start veriləcək
    huawei-p70-in-kutlevi-istehsalina-yaxin-zamanda-start-verilecek