
Huawei MateBook D16 (2024) noutbukunun təqdimatı anons edilib
Elm & Texnologiya
24.11.2023
Emil
Huawei şirkəti öz yeni noutbukunun təqdimatını anons edib. Söhbət, MateBook D16 (2024)-dən gedir. Şirkətin təqdim etmiş olduğu posterə əsasən sözügedən yeni noutbuk 28 noyabr tarixində təqdim ediləcək. Bununla yanaşı posterdən də görmək olar ki, MateBook D16 (2024)-ü dizayn deyil, hardware dəyişiklikləri gözləyir. Belə ki, təqdim olunacaq noutbuk xarici görünüşcə daha öncəki MateBook D16 modelinə bənzəyir. Qeyd etmək lazımdır ki, 28 noyabr tarixində Huawei həmçinin MatePad Pro 11 (2024) planşetini də təqdim edəcək.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
