
Huawei şirkəti 18 may tarixində növbəti təqdimat tədbirini keçirəcək. Baş tutacaq təqdimat tədbiri çərçivəsində şirkət yeni MatePad planşetlərini təqdim etməlidir. Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, təqdim ediləcək yeni MatePad planşetləri arasında MatePad Air modeli də mövcud olacaq. İndi isə sözügedən planşet modelinin fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, planşet ağ rəngli gövdəyə sahib olacaq.
Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
MatePad Air planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11 düym ekran ilə təchiz olunmalıdır. İnsayderlərin sözlərinə əsasən planşetin qalınlığı 6.8 mm, çəkisi isə 508 qramm təşkil edəcək. Planşetin Snapdragon 888 prosessoru və 8200 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı batareya 40 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə etməlidir. MatePad Air-in hansı qiymətə satılacağı məlum deyil.