
Huawei MatePad Pro 11 (2024) flaqman planşetinin təqdimatı anons edilib
Elm & Texnologiya
23.11.2023
Emil
Huawei şirkəti yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, Huawei MatePad Pro 11 (2024)-dən gedir. Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni planşet 28 noyabr tarixində təqdim ediləcək. Məlumata əsasən Huawei MatePad Pro 11 (2024) bazarda peyk rabitəsi dəstəyini əldə edəcək ilk planşet olacaq. Bununla yanaşı planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 11 düym OLED ekranla təchiz olunmalı, 5G dəstəkli Kirin prosessoru vasitəsilə çalışmalı və 9000 mAh enerji tutumlu batareyanı əldə etməlidir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
