main-post-cover

    Huawei MatePad Pro 11 (2024) planşeti təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    28.11.2023
    Emil Nəcəfov
         Huawei şirkəti daha öncə də söz verdiyi kimi MatePad Pro 11 (2024) planşetini təqdim edib. Sözügedən yeni planşet keyfiyyətli ekranı, güclü audio sistemi və yüksək sürətli şarj texnologiyasının dəstəyinə sahib böyük həcmli batareyası ilə fərqlənir. Bununla yanaşı Huawei MatePad Pro 11 (2024) bazarda peyk rabitəsi dəstəyinə sahib ilk planşet oldu. Beləliklə bu yeni planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Bununla yanaşı ekran üçüncü nəsil Huawei M-Pencil stilusunu dəstəkləyir.
         Planşetin hər kənar hissəsində 3 ədəd səsgücləndirici yerləşdirilib. Onlar həcmli və güclü səsi təmin edirlər. Huawei planşetin hansı prosessor vasitəsilə çalışdığı barəsində məlumat verməyib. Digər texniki göstəricilərə gəldikdə isə MatePad Pro 11 (2024) planşeti 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 13 MP + 8 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin sözlərinə əsasən planşet 100% enerjini 54 dəqiqəyə yığır. Huawei MatePad Pro 11 (2024) yaxın günlərdə Çində satışa çıxacaq. 256 GB yaddaşa sahib versiya 609$-a, 512 GB yaddaşa sahib versiya isə 679$-a satılacaq. Planşetin qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır
    huawei-kirin-9000s-prosessorunun-yeni-versiyasi-uzerinde-calisir
    Huawei MateBook D16 (2024) noutbukunun təqdimatı anons edilib
    huawei-matebook-d16-2024-noutbukunun-teqdimati-anons-edilib
    Huawei MatePad Pro 11 (2024) flaqman planşetinin təqdimatı anons edilib
    huawei-matepad-pro-11-2024-flaqman-plansetinin-teqdimati-anons-edilib
    Huawei P70-in kütləvi istehsalına yaxın zamanda start veriləcək
    huawei-p70-in-kutlevi-istehsalina-yaxin-zamanda-start-verilecek
    Huawei nova 12-nin fotosu təqdim edilib
    huawei-nova-12-nin-fotosu-teqdim-edilib