main-post-cover

    Huawei MateStation X 2023 monoblokunun sadələşdirilmiş versiyası təqdim edilib

    Elm & Texnologiya
    03.11.2023
    Emil Nəcəfov
         Huawei şirkəti keçən ilin noyabr ayında MateStation X 2023 adlı monoblokunu təqdim etmişdi. İndi isə şirkət onun sadələşdirilmiş versiyasını təqdim edib. Monoblokun sadələşdirilmiş versiyası keçən ilki versiyadan sadəcə sadələşdirilmiş texniki göstəricilər ilə fərqlənir. Bunun sayəsində sadələşdirilmiş monoblokun satış qiymətini də endirmək mümkün olub. Beləliklə Huawei MateStation X 2023 monoblokunun sadələşdirilmiş versiyası 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2560 piksel keyfiyyətli 28.2 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir.
         Monoblok özündə hər biri 5 vatt gücündə olan iki ədəd səsgücləndiricini, 4 ədəd mikrofonu, 1080p keyfiyyətli 2 MP-lik veb kameranı, iki ədəd USB 3.2 Gen 1 girişini, DisplayPort 1.4 dəstəkli USB-C girişini, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və Thunderbolt 4 dəstəyini birləşdirir. Monoblok Intel Core i5 12500H prosessoru vasitəsilə çalışır və o, DDR4 standartlı 16 GB RAM-a və 1 TB-lıq SSD-yə sahibdir. Huawei MateStation X 2023-ün sadələşdirilmiş versiyası artıq Çin bazarında satışa çıxıb və 1325$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei gələn il üçün 100 milyon ədəd smartfon satmağı planlaşdırır
    huawei-gelen-il-ucun-100-milyon-eded-smartfon-satmagi-planlasdirir
    Huawei nova 11 SE smartfonu təqdim edilib - QİYMƏTİ
    huawei-nova-11-se-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün qabaq Huawei nova 11 SE-nin real fotoları təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-11-se-nin-real-fotolari-teqdim-edilib
    Huawei üçün Kirin 9000s prosessorunun hansı üsul ilə hazırlandığı açıqlanıb
    huawei-ucun-kirin-9000s-prosessorunun-hansi-usul-ile-hazirlandigi-aciqlanib
    Huawei nova 11 SE smartfonunun təqdimatı anons edilib
    huawei-nova-11-se-smartfonunun-teqdimati-anons-edilib