
Huawei-nin sentyabrın
2-də keçiriləcək IFA tədbirində gələcək üçün əhəmiyyətli açıqlama edəcəyi
bilinir. Süni intellektə diqqət yetirən bir smartfon ola bilərmi?Bir neçə gün əvvəl, Huawei gələcəyin ağıllı olub-olmadığını
soruşan bir tweet paylaşdı. Bu sualın cavabı, sentyabrın 2-də Berlində keçiriləcək
IFA 2017 tədbirində cavabını tapacaq.
Daha önəmlisi, bu cavabın Huawei şirkətinin baş icraçı direktoru Richard Yu-nun qeyd etdiyi kimi, “super smartfon” olacaq.
Super smart telefon iddiaları süni intellektə sahib bir
smartfondan başqa bir şey deyil. İnsanın gözünün, qulağının, burnunun, bədənini
və ağılının edə biləcəklərini edə bilən bir cihaz olacaq.Bu məqsədlə Huawei-nin
bir müddətdir üzərində çalışdığı süni zəka mərkəzli bir tətbiq prosessoru istifadə edəcəyini və bu prosessorun CPU, GPU və süni zəkanı tək
bir çipset də birləşdirəcəyini ifadə edilir.
Hələlik Huawei-nin planları haqqında eşitdiklərimiz bu qədərdi amma, 2 sentyabr tarixində keçiriləcək IFA 2017-də bütün suallarımızın cavabını alacağıq. Xatırladaq ki, Huawei Mate 10 və Huawei Mate 10 Pro modelləri də eyni tarixdə təqdim olunacaq