
'Huawei', orta seqmentli, lakin əla texniki göstəricilərə sahib Honor 7X modelini təqdim etdi
Elm & Texnologiya
11.10.2017
Emil
“Huawei” şirkəti, Honor seriyasının yeni modeli olan Huawei Honor 7X-i təqdim etdi.
Bununla da onun Honor brendi,
ekranın korpusa 18:9
nisbətində olan genişekranlı formata keçid etdi. Bu smartfon, orta seqment üçün
nəzərdə tutulsa da, o, yonulmuş metal korpusa, ikili arxa kameraya və yaxşı
texniki göstəricilərə sahibdir. Honor 7X, 2160x1080 piksel keyfiyyətli 5.93
inç-lik ekranla təchiz olunub. Ekranın özü isə 2.5D qoruyucu şüşə ilə örtülüb.
Smartfonun çərçivələri maksimal dərəcədə nazik olmasalar da, bu brendin digər
modelləri ilə müqayisədə onlar çox nazikdirlər.

Digər özəlliklərə gəldikdə isə
smartfon, 2.46 GHz tezlikli 8 nüvəli Kirin 659 prosessoru, Mali-T830 MP2 qrafik
sürətləndiricisi, 4 GB RAM, 32/64/128 GB daxili yaddaş (microSD özəllikli), biri
16 MP, digəri isə 2 MP olmaqla ikili arxa kamera, 8 MP-lik ön kamera, 3340 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı o, iki SIM kart
girişinə və barmaq izi skanına sahibdir. Honor 7X, EMUI 5.1 ara üzlü Android
7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Cihaz, bu ayın 17-dən satışa
çıxacaq və yaddaş həcmindən asılı olaraq onun qiyməti 198$, 258$ və 304$ təşkil
edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
