main-post-cover

    Huawei P Smart (2019)-un render fotoları və texniki göstəriciləri məlum oldu

    23.11.2018
    Farid Pardashunas
        Məşhur insayder Roland Quandt Huawei P Smart (2019) smartfonunun render fotolarını və texniki göstərici məlumatlarını paylaşıb. Təqdim olunmuş fotolarda smartfon iki rəngdə əks olunub: Midnight BlackAurora Blue. Əvvəlcədən də güman olunduğu kimi smartfon dairəvi çıxıntı hissəyə sahib genişformatlı ekran və aşağı hissədən bir qədər qalın çərçivə ilə təchiz olunacaq. Smartfonun arxa paneli Honor Play smartfon modelinin arxa panelini xatırladır. P Smart (2019) modelinin arxa panelində ikili kamera, barmaq izi skanı texnologiyası və şirkətin loqosu yerləşəcək.

        Smartfonun aşağı hissəsində isə şarj girişi və qulaqlıqlar üçün nəzərdə tutulmuş giriş olacaq. Məlumata əsasən sözügedən smartfon Potter kod adına sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 19.9:9 nisbətli Full HD+ keyfiyyətli 6.2 inç IPS ekran, Kirin 710 prosessoru, 3320 mAh enerji tutumlu batareya və microUSB girişi ilə təchiz olunacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei P Smart (2019) modeli Avropada təqribi olaraq 250 avro qiymətində satılacaq. Məlumata əsasən smartfon yaxın bir neçə həftə ərzində təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər