Huawei P30 flaqman seriyası inqilabi mobil kameralar əldə edə bilər

Huawei P30 flaqman seriyası inqilabi mobil kameralar əldə edə bilər

Texnologiya
22.12.2018 PAYLAŞIM

    Mobil smartfonlar barəsində düzgün məlumatların verilməsi ilə məşhurlaşmış insayder Evan Blass Huawei şirkətinin gələcək flaqman modelləri barəsində məlumatlar verib. Onun verdiyi məlumata əsasən şirkətinin P30 seriyası mobil fotoqrafiya sahəsində daha bir inqilabi həll təklif edəcək.

    “P30 mobil kamera sahəsində daha bir təkmilləşdirilmiş smartfon olmağa iddialıdır. Smartfonu görmüş şəxsin sözlərinə görə P30 modeli 40 MP-lik üçlü arxa kameraya və 24 MP-lik ön kameraya sahib olacaq. Arxa kamera həmçinin fotonun keyfiyyətinin itməməsini təmin edəcək beşqat optik zoom özəlliyinə sahib olacaq” – deyə Evan Blass bildirib.

Bənzər xəbər


    Evan Blass-ın verdiyi məlumatdan belə qənaətə gəlmək olar ki, P30 modelinin kameraları P20 Pro ilə Mate 20 Pro modellərinin kameralarına bənzəyəcək. Bundan əlavə olaraq P30 Pro modelinin kameraları barəsində də ilkin məlumatlar verilib. Məlumata əsasən P30 Pro modeli 4 arxa kamera ilə təchiz olunacaq. Onlardan biri isə 3D skan özəlliyindən cavabdeh olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfon bazarında ilk dəfə olaraq P30 Pro modeli onqat hibrid zoom və beşqat optik zoom özəlliklərinə sahib olacaq. Huawei şirkətinin yeni flaqman modellərinin gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×