Huawei P30 flaqman seriyasının nə zaman təqdim olunacağı məlum oldu

Huawei P30 flaqman seriyasının nə zaman təqdim olunacağı məlum oldu

Texnologiya
07.02.2019 PAYLAŞIM

    Huawei şirkətinin Polşa şöbəsi öz əməkdaşlarına P seriyasının yeni smartfon modellərinin nə zaman təqdim ediləcəyi barəsində press-reliz göndərib. Bu brədə Polşanın Telix saytı xəbər verib. Beləliklə saytın verdiyi məlumata əsasən şirkətin P seriyasının yeni smartfon modelləri mart ayının sonunda təqdim olunacaqlar. Təqdimatın dəqiq tarixi məlum olmasa da onun Parisdə keçiriləcəyi məlum olub. Qeyd etmək lazımdır ki, Huawei şirkəti öz smartfonlarının təqdimat yeri kimi Parisi ilk dəfə seçmir. Belə ki, keçən il şirkət öz P20 smartfon seriyasını məhz Parisdə təqdim etmişdi.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, P30 seriyasına üç smartfon modeli daxil olacaq: P30, P30 Pro P30 Lite. Smartfonlar Elle, Vogue Marie Claire kod adlarına sahibdirlər. Lite modeli barəsində məlumatlar olmasa da yerdə qalan iki smartfon haqqında bəzi məlumatlar mövcuddur. Beləliklə P30 ilə P30 Pro modelləri müxtəlif ölçülü OLED ekranlarla təchiz olunacaqlar. Məlumata əsasən P30 modeli 6.1 düym ekrana, P30 Pro modeli isə 6.5 düym ekrana sahib olacaq. Hər iki smartfon Kirin 980 prosessoru və 8/12 GB RAM ilə təchiz olunacaqlar. P30 modeli P20 kimi 3.5 mm-lik audiogirişə və üçlü arxa kameraya sahib olmalıdır. P30 Pro modeli isə daha təkmilləşdirilmiş göstəricilərə sahib olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×