
Huawei P40-ın ilk render fotosu təqdim edildi
Elm & Texnologiya
16.01.2020
Emil
Dekabr ayında OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Huawei P40 smartfon modelinin ilk fotolarını təqdim etmişdi. İndi isə 91mobiles saytı smartfonun ilk render fotosunu təqdim edib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, P40 modelinin ekranı üzərində iki ədəd kamera yerləşəcək. Kameralar hansısa çıxıntı hissənin daxilində deyil məhz ekran üzərində yerləşəcəklər. P40 Pro-dan fərqli olaraq adi P40-ın ekran kənarları əyilmiş şəkildə olmayacaqlar. Bununla yanaşı smartfon üçlü arxa kameraya və USB-C girişinə sahib olacaq.

Arxa kameralar düzbucaq şəklində yerləşdiriləcəklər. Bu cür arxa kamera dizaynı həmçinin Galaxy S20-də də gözlənilir. Son məlumat sızıntılarına əsasən Huawei P40 smartfonu Full HD+ keyfiyyətli 6.1 və ya 6.2 düym Super AMOLED ekran, Kirin 990 prosessoru, 8/12 GB RAM və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Huawei P40 ilə P40 Pro-nun mart ayında təqdim olunacağı gözlənilir. Smartfonlarda Google servisləri olmayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
