Logo
    main-post-cover

    Huawei P40 Premium Edition modelinin texniki özəllikləri məlum oldu

    Elm & Texnologiya
    13.03.2020
    Emil
        Artıq bu ayın sonunda Huawei şirkəti P40 flaqman smartfon seriyasını təqdim edəcək. İndiyənə kimi internetdə sözügedən seriyaya daxil olacaq P40 və P40 Pro smartfon modelləri barəsində məlumatlar ortaya çıxırdı. Lakin indi P40 Premium Edition modeli barəsində məlumatlar verilib. Sözügedən smartfon Cənubi Koreyanın online mağazalarından birində aşkar edilib. Həmin saytda smartfonun dizaynından əlavə onun texniki göstəriciləri də əks olunublar. Bu barədə Gizchina saytı xəbər verib.
        Beləliklə əldə olunmuş məlumata əsasən dizayn baxımından Premium Edition modeli digər P40 modellərindən heç də fərqlənməyəcək. Ön paneldən smartfon çərçivəsiz ekran ilə əhatə olunacaq və ekranın kənarları əyilmiş şəkildə reallaşdırılacaq. Bununla yanaşı ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Arxa paneldə 5 kamera modulu üçün nəzərdə tutulmuş düzbucaqlı formalı xüsusi hissə olacaq. Arxa panel dizaynı baxımından smartfon Galaxy S20 seriyasını xatırladır. Kameralardan biri isə periskop formasındadır.
        Texniki götəricilərə gəldikdə isə məlumata əsasən P40 Premium Edition 3160x1440 piksel keyfiyyətli 6.7 düym OLED ekran (120 Hz-lik təsvir yenilənməli), Kirin 990 5G prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 52 MP + 40 MP + 8 MP + ToF + periskop beşli arxa kamera, 32 MP + ToF ikili ön kamera və 50 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 27 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Huawei P40 smartfon seriyasının təqdimatı 26 mart tarixində baş tutacaq,
    Paylaş
    Bənzər xəbərlər