
Huawei P40 smartfon seriyasının təqdimat tarixi məlum oldu
Elm & Texnologiya
18.12.2019
Emil
Çində jurnalistlər üçün keçirilmiş xüsusi tədbir çərçivəsində Huawei şirkətinin mobil şöbəsinin rəhbəri olan Richard Yu, Huawei P40 smartfon seriyasının təqdimat tarixi barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə onun sözlərinə əsasən P40 flaqman smartfon seriyası gələn ilin mart ayında təqdim olunacaq.
Richard Yu dəqiq təqdimat tarixi barəsində məlumat verməsə də qeyd edib ki, təqdimat ənənəvi olaraq Parisdə keçiriləcək. P40 seriyasına daxil olacaq smartfon modelləri Android əməliyyat sistemi vasitəsilə çalışacaqlar, lakin Google servislərinə sahib olmayacaqlar. Həmçinin şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS-i P40 smartfon seriyasında gözləmək lazım deyil.
Bundan əlavə olaraq Richard Yu qeyd edib ki, P40 və P40 Pro smartfonları öz görünüşlərinə görə əvvəlki modellərdən fərqlənəcəklər. Bununla yanaşı onlar tamamilə yeni texniki özəlliklər və təkmilləşdirilmiş kameralar əldə edəcəklər. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, P40 Pro modeli hətta 5 arxa kamera və 3 ön kamera ilə təchiz oluna bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
