main-post-cover

    Huawei P40 smartfon seriyasının yeni render fotoları təqdim olundu

    Elm & Texnologiya
    20.03.2020
    Farid Pardashunas
        Məşhur insayder Evan Blass öz Twitter hesabında Huawei P40P40 Pro smartfon modellərinin yeni keyfiyyətli render fotolarını təqdim edib. Lakin bu dəfə sözügedən smartfonların ön panellərinin render fotoları təqdim olunub. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə fotolardan da görmək olar ki, hər iki smartfon genişformatlı ekran əldə edəcək və ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdiriləcək. Adi P40 ilə P40 Pro arasındakı fərq ekran ətrafındakı çərçivələr ilə bağlıdır.
        Belə ki, adi P40 modelində ekran ətrafındakı çərçivələr nəzərə çarpsalar da P40 Pro-da həmin çərçivələr yoxdur. Son məlumat sızıntılarına əsasən sözügedən smartfonlar AMOLED ekran və Kirin 990 5G prosessoru ilə təchiz olunacaqlar. Smartfonlar öz aralarında həmçinin arxa kamera sayına görə də fərqlənəcəklər. Belə ki, adi P40 modeli üçlü arxa kamera, P40 Pro modeli dördlü arxa kamera, P40 Pro Premium Edition modeli isə beşli arxa kamera ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, Huawei P40 smartfon seriyası 26 mart tarixində Parisdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər