main-post-cover

    Huawei peyk şəbəkəsi dəstəyinə sahib smart saat üzərində çalışır (VİDEO)

    Elm & Texnologiya
    16.03.2023
    Farid Pardashunas
        Huawei şirkəti qeyri-adi smart saat modeli üzərində çalışır. Şirkət tərəfindən hazırlanan yeni smart saatın əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, peyk şəbəkəsinin dəstəyini əldə edəcək. Beləliklə Huawei Watch Ultimate adlı smart saat peyk şəbəkəsi vasitəsilə hətta mobil şəbəkənin olmadığı ərazilərdə də mesajların göndərilməsini mümkün edəcək. Məlumatda qeyd edilib ki, sözügedən smart saatın olduğu halda fövqəladə hallar zamanı müvafiq xidmətlərə siqnalın göndərilməsi üçün smartfondan istifadə etməyə ehtiyac qalmayacaq.
        Belə ki, istifadəçi xilasetmə xidməti ilə birbaşa smart saat vasitəsilə əlaqə yarada biləcək. Huawei sözügedən smart saatın texniki özəllikləri barəsində hələ heç bir məlumat verməyib. Smart saatın təqdimatını gözləmədən HoiINDI adlı Youtube kanalının müəllifi onun güman edilən edilən dizaynını sərgiləyən videonu təqdim edib. Videoda əks edilmiş dizayn həqiqətə uyğundursa, deməli Huawei Watch Ultimate modeli dairəvi ekrana sahib adi saatı xatırladacaq. Huawei şirkətinin peyk şəbəkəsi dəstəyinə sahib smart saatının nə zaman təqdim ediləcəyi bilinmir. Lakin istisna deyil ki, bu, 23 mart tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində baş versin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər