Huawei Porsche Design Mate 20 RS premium modeli regionda yalnız Azərbaycanda

Huawei Porsche Design Mate 20 RS premium modeli regionda yalnız Azərbaycanda

Texnologiya
05.02.2019 PAYLAŞIM

    Qlobal bazarlarda ötən ilin sonunda təqdim olunmuş və bütün dünyada maraqla qarşılanmış Huawei şirkətinin yeni premium smartfon modeli olan Huawei Porsche Design Mate 20 RS-i artıq Azərbaycanda da əldə etmək mümkündür.

    Hazırda regionda (Belarus Respublikası və Qafqaz ölkələri) yeganə olaraq Azərbaycanda satılan və çox məhdud sayda olan Poersche Design Mate 20 RS modeli eksklüziv olaraq yalnız Baku Electronics mağazalar şəbəkəsində təqdim olunur.

Bənzər xəbər


    Huawei şirkətinin Porsche Design ilə əməkdaşlığı şəraitində ərsəyə gələn bu lüks model özünün texniki xüsusiyyətlərinə, incə dizaynına görə artıq üstün mövqe əldə edib.


    Porsche Design Mate 20 RS 7 nanometr süni intellekt texnologiyasını dəstəkləyən Kirin 980 prosessora, 6.39 düym 3D qövsvari OLED HDR displeyə (3.120 x 1.440 piksel), Leica-dan olan 40, 20 və 8 meqapiksellik arxa və 24 meqapiksellik ön kameraya, 4200 mAh gücündə enerji blokuna, 40W SuperCharge sürətli enerji yığma və 15W (Wireless Quick Charge) simsiz olaraq sürətli enerji yığma imkanına, əvvəlki flaqman model Mate 20 Pro-dan fərqli olaraq daha çox 8 GB RAM və 256 GB yaddaş yerinə sahibdir. Bu premium smartfon modeli Mate 20 Pro-da olduğu kimi biometrik təhlükəsizlik sistemləri olan 3D üz tanıma və barmaq izi ilə telefonun kilidinin açılması xüsusiyyətlərini də saxlayıb.


    Lakin Mate 20 Pro-dan fərqli olaraq Porschde Design Mate 20 RS premium modeli arxa hissədə kamera yerində heç bir qabarıqlığa, çıxıntıya sahib deyil. Telefon arxa hissədə yan tərəflərdən əl işi olan təbii dəri ilə örtülüb. Kameraların olduğu orta hissə isə şüşədəndir. Yan tərəflərdən dəri örtük telefonu əldə tutan zaman istifadəçiyə xüsusi bir zövq verir. Telefon arxa tərəfdə orta hissədə həmçinin yuxarıdan aşağıyadək nazik yarış zolağını xatırladan zolaqlara da sahibdir.


    Əminliklə demək olar ki, Huawei şirkəti özünün bu premium Porsche Design Mate 20 RS modeli ilə rəqəmsal dünyaya yeni bir trend və dəbdəbə gətirib.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×