Huawei qeyri-adi şəkildə yenidən Apple şirkətini trolladı

Huawei qeyri-adi şəkildə yenidən Apple şirkətini trolladı

Texnologiya
21.09.2018 PAYLAŞIM

    12 Sentyabr tarixində Apple şirkəti yeni iPhone modellərinin təqdim edəndən sonra Huawei şirkəti onu trollamışdı. Belə ki, şirkət üzərində “Yeni bir şey göstərmədiyinizə görə çox sağolun” yazılı banner paylaşmışdı. İndi isə Huawei Apple şirkətini yenidən trollayıb. Belə ki, Sinqapurda yerləşən Apple Store mağazasının qabağında yeni iPhone modellərini almaq istəyən adamlardan ibarət böyük sıra var. Huawei şirkətinin loqosunun əks olunduğu köynəkləri geyinmiş insanlar isə həmin sırada duran şəxslərə pulsuz powerbank paylayıblar.



    Bir tərəfdən bu həqiqətən də yaxşı köməkdir. Belə ki, sırada duran insanlar öz cihazlarını hansısa üsul ilə şarj etməlidirlər. Digər tərəfdən bu üsulla Huawei şirkəti yeni iPhone  modellərinin bir şarjdan sonra diqqət cəlb etməyən çalışma müddətlərinə işarə edir. Güman olunur ki, gələn ay təqdim olunacaq Huawei Mate 20 Pro flaqman modeli daha böyük batareya həcminə və daha sürətli enerji yığma özəlliyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, şirkətin pulsuz paylamış olduğu powerbanklar heç də ucuz modellər deyil. Onlar şirkətin orijinal Huawei SuperCharge modelləridir. Həmin powerbank modeli 10.000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 59$ qiymətinə satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×