main-post-cover

    Huawei şirkəti 3 nanometrlik flaqman prosessor üzərində çalışır

    Elm & Texnologiya
    24.05.2021
    Farid Pardashunas
        ABŞ hökuməti Huawei şirkətinə çətin zamanlar yaşatmaq üçün hər bir tədbiri görüb. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət rəsmi olaraq Android əməliyyat sistemindən və Google servislərindən istifadə edə bilmir. Bununla yanaşı o öz smartfonlarında digər şirkətlərin prosessorlarından da istifadə edə bilməz. Bir çoxları düşünürdülər ki, Huawei bu cür vəziyyətdə təslim olacaq və öz gələcəyi uğrunda mübarizə aparmaqdan çəkinəcək. Lakin bu, baş vermədi. Bununla belə şirkət yeni prosessorlarının layihələşdirilməsi üzərində də çalışır.
        Keçən ayın sonunda şirkət Kirin Processor adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi üçün sorğu göndərmişdi. Bu isə o deməkdir ki, şirkət yeni prosessorların yaradılmasını davam etdirmək niyyətindədir. Çindən olan bəzi mənbələrin verdikləri məlumata əsasən Huawei Kirin 9010 adlı yeni nəsil flaqman prosessor üzərində çalışır. Gözləntilərə əsasən bu prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Şirkət onu bu ilin sonuna kimi yaratmağı planlaşdırır. Lakin sözügedən prosessorun istehsal olunub-olunmayacağı sual altında qalır.
        Hər halda onun istehsalına 2022-ci ildən tez start verilməyəcək. Məsələ burasındadır ki, Tayvann TSMC şirkəti özünün 3 nanometrlik texnoloji prosesini təkmilləşdirməlidir. Şirkət 3 nanometrlik prosessorların istehsalına 2022-ci ilin ikinci yarısında start verməyi planlaşdırır. Burda başqa bir faktı da nəzərə almaq lazımdır. Söhbət, Çin ilə ABŞ arasındakı ticarət müharibəsindən gedir. Əgər yaxın zamanda bu iki ölkə sözügedən məsələdə sülh əldə edə bilsə, Huawei şirkətinin də ABŞ sanksiyalarından azad olma ehtimalı daha yüksək olacaq. Bu halda şirkət əvvəlki kimi smartfon bazarında yüksək temp ilə çalışa biləcək və üstəlik yeni hazır flaqman prosessora da sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər