
'Huawei' şirkəti 4 kameralı Y9 smartfonunu təqdim etdi
Elm & Texnologiya
11.03.2018
Emil
Taylandda “Huawei” şirkəti öz yeni smartfon modeli olan Y9-u təqdim etdi.
Xarici görünüşcə yeni smartfon Mate
10 Lite və Honor 9 Lite modellərinə bənzəyir. Lakin Y9 modeli büdcəli
smartfondur. Y9 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.93 inç IPS ekran,
Kirin 659 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi)
və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Yeni smartfonun əsas özəliyi
4 ədəd kameraya sahib olmasıdır. Yəni Y9 ikili arxa kameraya və ikili ön kamera
ilə təchiz olunub. O, 2 + 13 MP-lik arxa kamera və 16 + 2 MP-lik ön kameraya
sahibdir. Smartfonun arxa panelində isə barmaq izi skanı yerləşir. Bununla
yanaşı smartfonun korpusu metaldan hazırlanıb. Y9 EMUI 8.0 interfeysli Android
8.0 əməliyyat sistemi vasitəsilə çalışır. Yeni smartfon modelinin qiyməti və
satışa çıxma tarixi barəsində heç bir məlumat verilməsə də, onun 200 avro qiymətə
satılacağı güman olunur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
