Huawei şirkəti 5G texnologiyalı əyilə bilən smartfon üzərində çalışır

Huawei şirkəti 5G texnologiyalı əyilə bilən smartfon üzərində çalışır

Texnologiya
19.10.2018 PAYLAŞIM

    Samsung şirkəti artıq bir neçə müddət bundan öncə əyilə bilən smartfon modeli üzərində çalışdığını təsdiq etmişdi. Şirkət onu gələn ay təqdim edə bilrə. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən əyilə bilən smartfon üzərində Samsung şirkətindən əlavə olaraq Apple, Huawei, LG ZTE kimi şirkətlər də çalışırlar. Bugün isə Huawei şirkətinin general direktoru öz müsahibəsində şirkətin əyilə bilən smartfon üzərində çalışmasını təsdiqləyib. “Biz hal hazırda 5G texnologiyasına sahib əyilə bilən smartfon üzərində çalışırıq” - deyə şirkətin general direktoru bildirib.

    Beləliklə məlum olub ki, Huawei şirkətinin yeni smartfon modeli əyilmə özəlliyindən əlavə olaraq 5G texnologiyasına da sahib olacaq. Jurnalistlər əyilə bilən smartfon barəsində əlavə məlumat əldə edə bilməyiblər. Əldə olunmuş yeganə məlumat ondan ibarətdr ki, şirkətin əyilə bilən smartfon modeli bir neçə müddət bundan öncə təqdim olunmuş Mate 20X gamer smartfonunun əsasında hazırlana bilər. Baxmayaraq ki, şirkət hələki özünün əyilə bilən smartfon modeli barəsində ətraflı məlumat vermir və Samsung özünün bu cür məhsulunu artıq gələn il üçün satışa çıxartmağı planlaşdırır, güman etmək olar ki, Huawei şirkəti buna cavab verməyə hazırdır.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×