Huawei şirkəti ABŞ istehsalı olan komponentlərdən tamamilə imtina edir

Huawei şirkəti ABŞ istehsalı olan komponentlərdən tamamilə imtina edir

Texnologiya
02.12.2019 PAYLAŞIM

    The Wall Street Journal saytının verdiyi məlumata əsasən Huawei şirkəti öz smartfonlarının istehsalında bütün ABŞ istehsalı olan komponentlərdən imtina etmək qərarını alıb. Bu cür cihaz artıq satışa çıxıb və mənbələrin verdikləri məlumatlara əsasən Huawei bu tendensiyanı davam etdirəcək. Bu tendensiya təkcə smartfonlara deyil həmçinin şirkətin digər məhsullarına da şamil olunacaq. Bir-birindən asılı olmayan iki müstəqil laboratoriya olan iFixit və Tech Insights Inc. şirkətin Mate 30 Pro smartfonunu hissələrə ayıraraq onun daxilində hansı komponentlərin olduğunu öyrəniblər.

    İncələmə çərçivəsndə məlum olub ki, smartfonun daxilində ABŞ istehsalı olan heç bir komponent yoxdur. Bundan daha öncə Huawei ABŞ-ın Qorvo şirkətinin mikrosxemlərindən istifadə edirdi. Həmin mikrosxemlər isə smartfonun şəbəkəyə qoşulması halında siqnalların qeydiyyata alınmasını təmin edirdi. Çin ilə ABŞ arasında ticarət müharibəsinin başlamasından sonra isə Huawei həmin şirkətin komponentlərindən imtina edərək Yaponiyanın Murata adlı şirkətinin məhsullarını seçdi. Eyni vəziyyət həmçinin smartfonun Bluetooth və Wi-Fi modullarına da şamil olunub.


    Belə ki, ABŞ-ın Broadcom şirkətinin məhsullarının yerinə Huawei həmin komponentləri özü istehsal etməyə başlayıb. Smartfonlardan əlavə olaraq şirkət həmçinin 5G şəbəkəsinin yayılması üçün nəzərdə tutulmuş şəbəkə təchizatının hazırlanmasında istifadə olunan elektronikadan da imtina edir. Qeyd etmək lazımdır ki, şirkətin bu bazardakı payı 28% təşkil edir. Beləliklə Huawei brendi altında baza şəbəkələrindən heç biri ABŞ istehsalı elementlərə sahib deyil. Hal hazırda şirkətin əsas problemi Google servislərindən tamamilə imtina etməkdir. Belə ki, Google şirkəti olmadan Android əməliyyat sisteminin lisenziyalaşdırılması qeyri mümkündür. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×