Huawei şirkəti ABŞ sanksiyalarının nəticələrindən danışdı

Huawei şirkəti ABŞ sanksiyalarının nəticələrindən danışdı

Texnologiya
13.07.2019 PAYLAŞIM

    Huawei şirkətinin direktorlar şurasının sədri Liang Hua ABŞ sanksiyalarının təsirindən və onların bütün dünya üçün olan nəticələrindən danışdı. Liang Hua-nın sözlərinə əsasən keçən ilin ilk yarım ili ilə müqayisədə bu il şirkətin gəlirləri heç gözlənilmədən yüksəldi. Bu yüksəliş əsasən Çin bazarında hiss olunub. Bu barədə South China Morning Post saytına istinadən Gagadget saytı xəbər verib. Şirkət təmsilçisi heç bir dəqiq rəqəmlər göstərmədi. Şirkətin maliyyə hesabatı 30 iyul tarixində təqdim olunacaq.

    Əgər şirkətin gəlirləri keçən rübün vəsait itkilərini tamamilə qarşılasa, bu çox böyük bir nailiyyət olacaq. Şirkətin dövlətdən və çinli istifadəçilərdən böyük dəstək gördüyünü nəzərə alsaq, bu cür nailiyyətin əldə olunması tamamilə realdır. Bununla yanaşı heç də bütün ölkələr ABŞ siyasəti ilə razı deyillər. Məsələn İngiltərədə Huawei şirkəti 5G şəbəkə infrastrukturunu qurmağa davam edəcək. Hal hazırda şirkət sanksiyalardan azad olmaq üçün əlindən gələni edir.

Bənzər xəbər


    Bir neçə müddət bundan öncə verilmiş qərara əsasən şirkətə qarşı təyin edilmiş sanksiyaların bir qədər zəiflədilməsi maliyyə nöqteyi nəzərdən heç nəyi dəyişmir və vəziyyət şirkət üçün hələ də kritik olaraq qalır. “ABŞ bizim şirkəti qara siyahıya salıb. Təbii ki, biz buna qarşıyıq. Çünki faktiki olaraq bu cür qərar üçün heç bir əsas yoxdur. Bu həmçinin Huawei ilə əməkdaşlıq edən şirkətlər də daxil olmaqla digər ABŞ şirkətlərinə təsir edəcək” - deyə Liang Hua bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×