main-post-cover

    Huawei şirkəti də yeni Motorola RAZR'a bənzəyən smartfon üzərində çalışır

    Elm & Texnologiya
    18.11.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti yeni Motorola RAZR smartfon modelinin dizaynına oxşar yeni smartfon üzərində çalışır. İndi isə məlum olub ki, yeni Motorola RAZR modelinə bənzəyən smartfon üzərində təkcə Xiaomi şirkəti çalışmır. Bu barədə Gagadget saytı xəbər verib. Teme ləqəbli insayder Huawei şirkətinin qeyri adi dizayna sahib smartfon modelinin patent fotosunu təqdm edib.
        Fotodan da görmək olar ki, smartfon yeni Motorola RAZR kimi üfüqi şəkildə qatlana bilən ekrana sahibdir. Ekran üzərində isə heç bir çıxıntı hisə yoxdur. Arxa paneldə üç kamera modulu və LED işqlandırma sistemi yerləşdirilib. Barmaaq izi skanı texnologiyası arxa paneldə yoxdur. Çox güman ki, o birbaşa ekrana inteqrasiya ediləcək. Təbii ki, smartfonun texniki özəllikləri və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Ola bilər ki, şirkət gələn il bu cür smartfonu satışa çıxartsın. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər