Huawei şirkəti Enjoy 10 adlı büdcəli smartfon modelini təqdim etdi - QİYMƏTİ

Huawei şirkəti Enjoy 10 adlı büdcəli smartfon modelini təqdim etdi - QİYMƏTİ

Texnologiya
18.10.2019 PAYLAŞIM

    Huawei şirkəti Çində Enjoy 10 adlı büdcəli smartfonun təqdimatını keçirtdi. 200$-dan aşağı qiymət göstəricisinə sahib bu smartfon modeli orta səviyyəli prosessor, böyük həcmli batareya, üzərində çıxıntı hissəli ekran və ikili arxa kamera əldə edib. Beləliklə Huawei Enoy 10 smartfonu HD+ keyfiyyətli 6.39 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşdirilib. Smartfonda barmaq izi skanı texnologiyası yoxdur.


    Enjoy 10 modeli Kirin 710F prosessoru vasitəsilə çalışır və GPU Turbo 3.0 texnologiyasının dəstəyini əldə edib. Bu texnologiya isə öz növbəsində oyunlar zamanı smartfonun resurslarını bərabər paylamağa imkan verir. Digər texniki özəlliklərə gəldikdə isə smartfon 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqmalı) + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfon sürətli şarj texnologiyasını dəstəkləmir. Yeni smartfon EMUI 9.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Enjoy 10 smartfonu 1 noyabr tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 169$-a, 4 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 198$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 198$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×