
'Huawei' şirkəti Face ID texnologiyasının öz analoqunun videosunu təqdim etdi
Elm & Texnologiya
20.12.2017
Emil
İnternetdə “Huawei” şirkətinin istifadəçi üzü skanı texnologiyasının videosu təqdim olunub.
Qeyd etmək lazımdır ki, həmin
texnologiya şirkət tərəfindən Honor V10 smarfonu ilə birlikdə anons olunmuşdu.
Lakin bu texnologiya hələ də şirkətin heç bir smartfon modelində
reallaşdırılmayıb. Şirkətin təmsilçiləri qeyd ediblər ki, bu sistem iPhone X-də
olan Face ID texnologiyasından daha dəqiq çalışır. Hal hazırda “Huawei” şirkətinin
bu texnologiyası smartfona USB Type-C girişi vasitəsilə qoşulan ayrıca modul
kimi çalışır.
Həmin modul istifadəçi üzünü təyin edən çoxlu sayda sensorlardan
ibarətdir. Şirkətin verdiyi məlumata əsasən istifadəçi üzünün 3D modelinin
yaradılması üçün onlar infraqırmızı proyektor, RGB kamera, infraqırmızı kamera,
infraqırmızı işıqlandırma və iki ədəd RGB diod işıqlarından istifadə ediblər.
Aşağıdakı videoda bu sistemin necə çalışdığı əks olunub. Güman olunur ki, bu
yeni texnologiya hələ anonsu olmamış Huawei P11 modelinə inteqrasiya olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
