Huawei şirkəti Galaxy Fold dizaynında qatlana bilən smartfonun patentini əldə edib
Elm & Texnologiya
30.04.2020
Farid Pardashunas
Huawei şirkəti 2 qatlana bilən smartfon modelinə sahibdir. Söhbət, Mate X və Mate Xs-dən gedir. Lakin indi şirkət yeni qatlana bilən smartfon üzərində çalışır. Bu barədə Letsgodigital saytı xəbər verib. Beləliklə Huawei şirkəti yeni qatlana bilən smartfon modelinin patentini əldə edərək onun dizayn özəlliklərindən danışıb.
Şirkətin hal hazırda aktual olan qatlana bilən smartfon modellərindən fərqli olaraq yeni Mate X-in dizaynı Galaxy Fold-un dizaynını xatırladacaq. Smartfon yenə də kitab formasında reallaşdırılıb, lakin qatlanma prosesi daxili istiqamətə edilir. Buna baxmayaraq elastiki ekranın bir hissəsi həmçinin xarici tərəfdə yerləşdirilib. Buna görə də smartfon qatlanmış formada olan zaman da ondan rahatlıqla istifadə etmək mümkündür.
Smartfonda ön kamera yoxdur. Yalnız əsas kameralar var. Çox güman ki, kamera sensorları arasında periskop kamera da olacaq. Ümumilikdə smartfon 4 kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir. Bu cür smartfonun nəticə etibarilə satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək