Logo
    main-post-cover

    Huawei şirkəti Galaxy Note 10-un qatlana bilən versiyasını fikirləşdi

    Elm & Texnologiya
    27.09.2019
    Emil
        Huawei şirkəti hələ bu ilin əvəvlində özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-i təqdim etmişdi. Lakin smartfon hələ də satışa çıxmayıb. Buna baxmayaraq şirkət artıq qatlana bilən smartfonlarının hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirib. Belə ki, şirkət Galaxy Note 10-un qatlana bilən versiyasını fikirləşib. Bu barədə Letsgodigital saytı xəbər verib.
        Şirkət stilusa sahib yeni qatlana bilən smartfonun patentini əldə edib. Stilus üçün əlavə yer kimi isə smartfonun kənarında yerləşən bir qədər qalın hissə seçilib. Həmin hissədə həmçinin smartfonun batareyası, ana platası və kamera modulları yerləşdirilməlidir. Samsung şirkətinin qatlana bilən Galaxy Fold modelindən fərqli olaraq Mate X-in ekranı xarici istiqamətə qatlanır. Patenti əldə olunmuş cihazı şirkət ikinci nəsil Mate X kimi qələmə verir.
    Paylaş
    Bənzər xəbərlər