
Huawei şirkəti Google ilə əməkdaşlığın yeni variantını təklif edib
Elm & Texnologiya
01.04.2020
Emil
Bir neçə gün bundan öncə Huawei şirkətinin mobil şöbəsinin rəhbəri Richard Yu bildirmişdi ki, onlar Google şirkəti ilə əməkdaşlığı bərpa etmək istəyirlər. Şirkətin digər top meneceri isə Google şirkətinin servislərinin və tətbiqlərinin Huawei smartfonlarına qayıtmalarını mümkün edəcək digər bir variantı səsləndirib. Bu barədə Phonearena saytı xəbər verib.
CNBC ilə müsahibəsi zamanı Huawei şirkətinin sədri Eric Xu bildirib ki, o, Google servislərini AppGallery tətbiqlər mağazasında görmək istəyərdi. Müqayisə üçün o, App Store online mağazasını misal gətirib. Belə ki, Apple məhsullarının istifadəçiləri App Store-dan Gogle servislərini yükləyə bilərlər. Qeyd etmək lazımdır ki, Google şirkəti də bu məsələdə yerində durmur və Huawei ilə əməkdaşlığın bərpa olunması üçün bütün səylərini ortaya qoyur. Bu istiqamətdə şirkət keçən ay ABŞ hökumətindən Huawei ilə əməkdaşlığın bərpa olunması üçün icazə də istəmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
