Huawei şirkəti Google Play'dən imtina etməyə hazırlaşır

Huawei şirkəti Google Play'dən imtina etməyə hazırlaşır

Texnologiya
11.06.2019 PAYLAŞIM

    ABŞ sanksiyaları nəticəsində Google şirkəti ilə əməkdaşlığın dayandırılmasından sonra Huawei şirkəti öz smartfonları üçün fərdi əməliyyat sisteminin hazırlanmasından danışmışdı. Lakin bu məsələdə yeni platforma üçün aktual olacaq tətbiqlərin sayı sualı ortada qalmışdı.

    Yeni məlumat sızıntısına əsasən isə şirkət bu istiqamətdə də aktiv şəkildə çalışır. Belə ki, XDA-Developers saytı öz mənbələrinə istinadən Huawei şirkəti tərəfindən Android platforması üçün proqram təminatının yaradılması ilə məşğul olan tərtibatçılara göndərilmiş elektron məktubu ortaya çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.

Bənzər xəbər



    Həmin elektron məktubdakı mətnə əsasən şirkət tərtibatçılara öz tətbiqlərini AppGallery adlı online mağazaya yerləşdirməyi təklif edir. Şirkətin sözlərinə səasən bu cür əməkdaşlıq tərtibatçılara 350 milyondan çox satılmış cihazlara (yarısı qərb bazarını əhatə edir) və 270 milyon aktiv istifadəçiyə çıxışlarını təmin edəcək. Şirkət öz tərəfindən AppGallery-də yerləşdiriləcək tətbiqlərin tam dəstəyini söz verir.

    Bunun üçün şirkət bildirib ki, AppGallery mağazasının tərtibatçılar cəmiyyətindəki iştirakçıların sayı artıq 560.000 nəfərdir. Heç istisna deyil ki, şirkət artıq indidən fərdi əməliyyat sistemi üçün tətbiqlərin bazasını hazırlamağa başlayıb. Qeyd etmək lazımdır ki, keçən həftə məlum olmuşdu ki, Google şirkəti Huawei şirkətinin ABŞ bazarına geri qaytarılması yolunda ABŞ hökumətini razı salmağa çalışır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×