main-post-cover

    Huawei şirkəti Google servislərinin alternativlərinin axtarışındadır

    Elm & Texnologiya
    23.10.2019
    Emil Nəcəfov
        ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə Huawei Mate 30Mate 30 Pro smartfon modellərində Google servisləri yoxdur. Bu məsələ ilə bağlı şirkətin gələcək smartfonlarının aqibətləri məlum deyil və heç istisna deyil ki, həmin smartfonlar HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Şirkətin ictimaiyyətlə əlaqə şöbəsinin vitse-prezidenti bu məsələyə aydınlıq gətirib və şirkətin qərarlarından danışıb. Bu barədə Gizchina saytı xəbər verib.
        Onun sözlərinə əsasən şirkət Android-in analoquna ehtiyac duymur. Lazımi səviyyədə çalışan infrastrukturun yaradılmasına illərlə vaxt lazımdır. Buna görə də mövcud olan vəziyyətdə şirkətə Google Mobile Services (GMS) üçün alternativ variantın tapılması lazımdır. Hal hazırda şirkət aktiv şəkildə özünün Huawei Mobile Services (HMS) platformasını inkişaf etdirir. Gələcəkdə isə həmin platforma GMS-i əvəz edə bilər. Şirkət qeyd edib ki, onun öz tətbiqlərinə keçid prosesi istənilən vaxt reallaşdırıla bilər. Lakin yaxın müddətdə bu baş verməyəcək. 
    Linki kopyala