Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sistemli kompüter üzərində çalışır

Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sistemli kompüter üzərində çalışır

Texnologiya
04.05.2020 PAYLAŞIM

    Keçən il Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. İndi isə şirkət onun tətbiq sahəsini genişləndirir. Bu barədə Huaweicentral saytı xəbər verib. Çindən olan insayderlər xəbər veriblər ki, Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sisteminə və ARM arxitekturası əsasında hazırlanmış Kunpeng adlı prosessora sahib stolüstü kompüter üzərində çalışır. Bu heç də təəccüblü deyil. Belə ki, hələ daha öncədən şirkət söz vermişdi ki, sözügedən əməliyyat sistemi kompüterlərdə, smart saatlarda, fitnes qolbaqlarda, avtomobillərdə və s. məhsullarda çalışa bilər.


    Məlumata əsasən şirkət bu məsələdə Çin bazarından başlayacaq. Çinin bir sıra şəhər və regionu kompüter sahəsi üçün komponent istehsalı zəncirlərinin reallaşdırılması məsələsində Huawei ilə əməkdaşlıq edir. Bu isə öz növbəsində Huawei şirkətinə ilk növbədə Çin bazarındakı mövqelərini gücləndirməyə yardımçı olmalıdır. Bundan əlavə olaraq şirkət öz əməliyyat sisteminin 2.0 versiyasını bu il təqdim etməyi planlaşdırır. Bunun dəqiq olaraq nə zaman baş verəcəyi bilinmir. Ola bilər ki, təqdimat avqust ayında keçiriləcək HDC20 tədbirində baş tutsun.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×