main-post-cover

    Huawei şirkəti HarmonyOS'in gələcəyindən və onu ilk əldə edəcək cihazlardan danışdı

    Elm & Texnologiya
    04.09.2019
    Farid Pardashunas
        Huawei şirkətinin fərdi əməliyyat sistemini əldə etmiş ilk və hələki yeganə cihaz Honor Vision televizoru oldu. Lakin şirkətin məhsulları üzrə baş meneceri olan Peter Gauden bildirib ki, sözügedən əməliyyat sistemini şirkətin digər məhsulları da əldə edəcəklər və həmin məhsullar həmçinin Çin bazarından kənarda da satılacaqlar. Bu barədə Digitaltrends saytı xəbər verib. Digitaltrends saytının jurnalistlərinə müsahibə verən zaman Peter Gauden bildirib ki, HarmonyOS əməliyyat sistemi gələcəyin əməliyyat sistemidir.
        O qeyd edib ki, sözügedən əməliyyat sistemi cihazlar arasında rahat və sadə “ünsiyyəti” təmin edir. Öz müsahibəsində şirkət təmsilçisi bildirib ki, hal hazırda bazarda internetə qoşulmağa imkan verən smart saat modelləri izolə olunmuş tərzdə çalışırlar. Belə ki, həmin smart saat modellərinin əməliyyat sistemləri sayəsində onlar bir-biriləri ilə lazımi səviyyədə qarşılıqlı əlaqədə ola bilmirlər. HarmonyOS isə bu vəziyyəti düzəltmək niyyətindədir. “HarmonyOS bütün tərz cihazlar ilə çalışmaq üçün nəzərdə tutulmuş yeganə əməliyyat sistemidir” - deyə Peter Gauden bildirib.
        Onun sözlərinə əsasən şirkət bu əməliyyat sistemini son 10 il ərzində hazırlayıb. Lakin çətin ki, yaxın 5-10 il ərzində o, şirkətin təsəvvüründə olan məhsul kimi inkişaf etsin. Platforma 5G şəbəkəsinin geniş yayılması ilə ortaya çıxacaq növbəti nəsil cihazlar üçün nəzərdə tutulub. Baxmayaraq ki, HarmonyOS öz potensialını gələcəkdə nümayiş etdirəcək, artıq indidən bu əməliyyat sisteminə sahib cihazlar satışa çıxacaqlar. Belə ki, sözügedən əməliyyat sistemi açıq mənbəli koda sahibdir.
        Buna görə də perspektiv cəhətdən təkcə Huawei şirkəti deyil. digər şirkətlər də bu əməliyayt sisteminə sahib məhsulları satışa çıxarda biləcəklər. Peter Gauden qeyd edib ki, HarmonyOS əməliyyat sisteminə sahib olacaq və Çindən kənarda satılacaq ilk məhsullar smart saatlar və noutbuklar ola bilərlər. Huawei artıq özünün LiteOS adlı əməliyyat sisteminə sahibdir. O, smart saat modelləri üçün nəzərdə tutulub. Lakin onun elementləri HarmonyOS-in mikronüvəsinə inteqrasiya edilib. Buna görə də təqdim olunacaq Huawei Watch GT2 smart saat modeli tamamilə HarmonyOS vasitəsilə çalışa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər