
Huawei şirkəti HMS Core 4.0 adlı servislər paketinin qlobal şəkildə işə salınmasını elan etdi. Bu, Android əməliyyat sistemi vasitəsilə çalışan smartfonlar üçün Google şirkətinin proqram təminatı paketinin alternativ variantıdır. HMS Core 4.0-dan istifadə öz növbəsində tətbiq tərtibatçılarına proqram təminatının hazırlanmasınının effektivliyini və sürətni yüksəldərək gələcəkdə onun gəlir gətirməsi sistemini sadələşdirmək iimkanını verir. Bu barədə 4pda saytı xəbər verib.
HMS Core platforması açıq API-ları bir bazada birləşdirir və mobil proqram təminatı tərtibatçılarına tətbiqlərin yaradılması zamanı biznes proseslərin təşkilində yardımçı olur. Həmçinin sözügedən platforma tətbiqlərin test olunması alətlərini də özündə birləşdirir. HMS-in 4-cü versiyasına istifadəçilərin autentifikasiyası, müxtəlif kodların skanı, geolokasiya xidmətləri, təhlükəsizliyin təmin edilməsi üçün qərarlar, istifadəçi səhhətinin monitorinqi, oyun və digər servislər daxildirlər.
Şirkətin verdiyi məlumata əsasən HMS Core tərkibində açıq API-lardan istifadə həmçinin smartfonların performanslarının yüksəlməsinə və onların enerji sərfiyyatlarının aşağı salınmasına imkan verir. Servislərin universal əməliyyat xidmətləri tətbiq tərtibatçılarına xərclərin aşağı salınmasına və fərdi proqram alətlərinin inteqrasiyasına diqqət ayırmalarına şərait yaradır. Hal hazırda Huawei ekosisteminə 1.3 milyondan çox tərtibatçı daxildir. HMS Core platforması sayəsində isə 55.000-dən çox tətbiq inteqrasiya edilib.
Şərh yoxdur