
Huawei şirkəti keçən il rekord dərəcədə gəlir əldə etdi
Elm & Texnologiya
02.01.2019
Emil
Huawei şirkəti öz əsas planlarına doğru yavaş-yavaş irəliləməyə davam edir. Şirkətin planları isə çox iddialıdır. Belə ki, şirkət yaxın bir neçə il ərzində (bəlkə də yaxın 1 il ərzində) rəqibləri geridə qoyaraq mobil bazarın lider şirkəti olmağı planlaşdırır. Bunun yolunda şirkət yeni rekorda imza atıb. Belə ki, şirkətin 2018-ci il üçün olmuş gəlir göstəricisi bütün gözləntilərdən yüksək olub. Bu barədə Gizchina saytı xəbər verib. Şirkətin idarəetmə heyətinin sədrinin müavini Guo Ping-in sözlərinə əsasən 2018-ci ildə şirkət öz tarixi ərzində ilk dəfə olaraq 100 milyard dollardan çox gəlir əldə etdi. Daha dəqiq desək, şirkət 109 milyard dollar gəlir əldə etdi. Bu isə 2017-ci ildəki göstəricidən 21% yüksəkdir. Qeyd etmək lazımdır ki, Huawei şirkəti 2018-ci ildə daha bir rekorda imza atmışdı. Belə ki, şirkət keçən il ərzində 200 milyon ədəd smartfon sata bilmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
