main-post-cover

    Huawei şirkəti Kirin 990 prosessorunun təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    03.09.2019
    Farid Pardashunas
        Huawei şirkəti yeni Kirin 990 prosessorunun təqdimat tarixini elan etdi. Şirkət iki təqdimat tədbiri keçirtməyi planlaşdırır. Onlardan biri Berlində keçiriləcək IFA 2019 sərgisində, digəri isə Çində baş tutacaq. Maraqlısı ondadır ki, hər iki tədbir eyni gündə baş tutacaq. Onların arasında isə sadəcə olaraq saat fərqi olacaq. Bu barədə Gizchina saytı xəbər verib.
        Beləliklə ilk öncə şirkət Kirin 990 prosessorunu 6 sentyabr tarixində IFA 2019 sərgisində təqdim edəcək. Daha sonra isə ikinci təqdimat tədbiri Çində keçiriləcək. Huawei şirkətinin təmsilçiləri bildiriblər ki, süni zəka dəstəkli prosessorların istehsal olunması hal hazırda şirkət üçün prioritetlidir. Məhz süni zəka texnologiyası vasitəsilə mobil fotoqrafiyada, tərcümədə və səsli köməkçilər sahəsində inqilabi həllər təklif etmək mümkün olub.
        Qeyd etmək lazımdır ki, Kirin 990 prosessorunda yeni arxitekturadan istifadə olunur. Belə ki, prosessor ARM Mali-G77 qrafik çipi ilə qarşılıqlı əlaqədə olan Cortex-A77 nüvəsinə sahibdir. Sözügedən prosessor 7 nanometrlik texnoloji proses əsasında hazırlanır. Tranzistorların sıxlıqlarının 20% artırılması hesabına mühəndislər bu prosessorun enerji effektivliyini yüksəldə biliblər. Bununla yanaşı Kirin 990 həmçinin saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində videoların çəkilməsini də dəstəkləməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər