Reklam
Huawei şirkəti Kirin prosessorlarının istehsalını dayandıracaq: Səbəb nədir?

Huawei şirkəti Kirin prosessorlarının istehsalını dayandıracaq: Səbəb nədir?

Texnologiya
08.08.2020 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə analitiklər Huawei şirkətinin smartfonlarınn məşhurlaşmasından və hətta Çin bazarında da iPhone modellərini sıxışdırıb çıxarmalarından danışırdılar. Lakin görünür, Huawei yaxın zamanda istehsalat məsələsində çox ciddi problemlər ilə qarşılacaq. Belə ki, şirkət özünün Kirin prosessorlarının istehsalını dayandırlacağını elan edib və bildirib ki, təqdim olunacaq Huawei Mate 40 seriyası bu prosessoru əldə edəcək son smartfon seriyası olacaq. Bu barədə Phonearena saytı xəbər verib.

    Çindən olan mənbələrin məlumatlarına əsasən dünən keçirilmiş China Information Technology Hundreds Conference 2020 tədbirində Huawei şirkətinin biznes qrupunun general direktoru Yu Chengdong, Kirin prosessorlarının istehsalatlarının 15 sentyabr 2020-ci il tarixindən sonra dayandırılacağını elan edib. Bunun əsas səbəbi isə yeni ABŞ sanksiyalarıdır. Belə ki, yeni sanksiyalara əsasən TSMC şirkəti Huawei üçün prosessor istehsalı ilə məşğul ola bilməz. Bu səbəbdən də şirkət təsdiqləyib ki, Mate 40 seriyası Kirin 1020 prosessorunu əldə edəcək son smartfon seriyası olacaq.


    Bir neçə müddət bundan öncə analitiklər güman edirdilər ki, Çinin SMIC (Semiconductor Manufacturing International Corp) şirkəti vasitəsilə Huawei özünün prosessor seriyasını genişləndirə biləcək. Lakin son məlumatlara əsasən bu cəhd də uğursuz alınıb. Bəzi məlumat sızıntılarına əsasən Qualcomm şirkəti gələn il üçün Huawei ilə əməkdaşlıq məsələsində lisenziya almağa çalışacaq. Əks halda şirkətin yeni flaqman smartfonları çox gümanki MediaTek şirkətinin prosessorları ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Kirin 1020 prosessoru ilə Mate 40 seriyasının təqdimatının gələn ay baş tutacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×