
Huawei şirkəti orta büdcəli Honor 7A-nı təqdim etdi
Elm & Texnologiya
02.04.2018
Emil
Əvvəlcədən də söz verildiyi kimi Huawei
şirkəti Honor 7A adlı orta büdcəli smartfonunu təqdim etdi. Beləliklə Honor 7A
18:9 nisbətli 1440x720 piksel keyfiyyətli 5.7 inç HD+ ekran, Snapdragon 430 prosessoru, 2/3
GB RAM, 32 GB daxili yaddaş, 13 + 2 MP-lik ikili arxa kamera, 8 MP-lik ön
kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə
olaraq smartfon 2 SIM kart girişinə, arxa paneldən barmaq izi skanı
texnologiyasına və ön tərəfdən istifadəçi üzünün skan texnologiyasına sahibdir.

Honor 7A EMUI 8.0 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışır. Çin bazarında yeni smartfon artıq sabahdan satışa çıxacaq. 2 GB RAM və
32 GB daxili yaddaşa sahib versiya 126$-a, 3 GB RAM və 32 GB daxili yaddaşa
sahib versiya isə 158$-a satılacaq. Smartfonun digər regionlarda nə zaman
satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur. Sözügedən smartfon öz
göstəricilərinə görə Xiaomi Redmi 5, Huawei Enjoy 8, Vivo V7 və Oppo A83 modelləri
ilə rahatlıqla rəqabət apara biləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
