main-post-cover

    Huawei şirkəti öz cihazlarının hack olunmasına görə mütəxəssislərə pul mükafatları verəcək

    Elm & Texnologiya
    18.11.2019
    Emil Nəcəfov
        Öz cihazlarını kiberhücumlardan qorumaq üçün istehsalçılar çox zaman kənar mütəxəssislərə müraciət edirlər. İndi isə internetdə Huawei şirkətinin bu istiqamətdə işə saldığı yeni proqram barəsində məlumat ortaya çıxıb. Şirkətin yeni proqramı öz smartfonlarında sistem boşluqlarının aşkar edilməsinə yönəlib. İnsayderlərin verdikləri məlumatlara əsasən Huawei cihazlarında boşluqların aşkar ediliməsi üçün nəzərdə tutulmuş pul mükafatları da diqqəti cəlb edir.
        Bu barədə IThome saytı xəbər verib. Azeria adlı Twitter səhifəsi Huawei şirkətinin təmsilçiləri ilə kibertəhlükəsizlik üzrə mütəxəssislər arasında keçirilmiş gizli görüşdən fotolar təqdim edib. Məlumata əsasən Mobile Vulnerability Reward Program tədbiri Münhendə keçirilib. Təqdim edilmiş fotolarda aşkar ediləcək boşluqların qiymətləndirilməsi üzrə məlumatlar əks olunublar.
        Həmin boşluqların aşkar edilməsi həm artıq satışa çıxmış həm də satışa çıxacaq smartfonlar üçün nəzərdə tutulub. Fotodan da görmək olar ki, cihazlarda kritik boşluğun aşkar edilməsi üçün nəzərdə tutulmuş ən yüksək pul mükaftı 220.000$ təşkil edib. Minimal pul mükafatı isə 1100$-dan başlayır. Məlumatda qeyd edilib ki, mükafatlar təkcə smartfonlarda deyil həm də HarmonyOS əməliyyat sistemindəki boşluqların aşkar edilməsi üçün veriləcək. 
    Linki kopyala