Huawei şirkəti öz əməliyyat sisteminin testi üçün 1 milyon smartfon istehsal edib

Huawei şirkəti öz əməliyyat sisteminin testi üçün 1 milyon smartfon istehsal edib

Texnologiya
11.06.2019 PAYLAŞIM

    Huawei tərtibatçıları aktiv şəkildə fərdi əməliyyat sistemi üzərində çalışmağa davam edirlər. Görünür, həmin əməliyyat sistemi artıq hazırdır. Belə ki, bir sıra mənbələrin verdikləri məlumata əsasən şirkət fərdi əməliyyat sisteminin hazırlanmasından test mərhələsinə keçid edib. Bu barədə China Daily saytına istinadən Gagadget saytı xəbər verib. Rosenblatt Securities adlı broker şirkətinin verdiyi məlumata əsasən şirkət öz əməliyyat sisteminin test olunması üçün nəzərdə tutulmuş 1 milyon smartfon modelini artıq istehsal edib.

    Sözügedən əməliyyat sistemi bütün Android tətbiqləri ilə uyğunlaşır və özəl məlumatların qorunması üçün geniş təhlükəsizlik funksionallığına sahibdir. Şirkət söz verir ki, fərdi əməliyyat sistemini smartfonlardan başqa həmçinin planşetlərə, kompüterlərə, televizorlara, avtomobillərə və daşınıla bilən cihazlara quraşdırmaq mümkün olacaq. Yeni əməliyyat sistemi ya bu ilin payız fəslində ya da gələn ilin yaz fəslinə kimi işıq üzü görməlidir.

Bənzər xəbər


    Onu da qeyd etmək lazımdır ki, şirkət artıq öz əməliyyat sistemini bir sıra ölkələrdə qeydiyyatdan keçirdib. Bura Kanada, Meksika, İspaniya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Peru, Türkiyə, Filippinlər və bir sıra Avropa ölkələri daxildir. Bir sıra məlumatlara əsasən Huawei şirkətinin əməliyyat sistemi Çində HongMeng, qlobal bazarda isə Ark və ya Oak adını əldə edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×