
Huawei şirkəti özünün 5G dəstəkli ilk smartfon modelinin satış ayını açıqladı
Elm & Texnologiya
24.01.2019
Emil
Huawei şirkəti səthi vədlərdən konkret tarix göstəricisinə keçərək özünün 5G dəstəkli ilk smartfon modelinin satışa çıxacağı ayı elan etdi. Davosda keçirilmiş Ümumdünya iqtisadi forumunda şirkətin direktorlar şurasının rəhbəri Ken Hu bildirdi ki, Huawei-nin 5G dəstəkli ilk smartfon modeli bu ilin iyun ayında satışa çıxcaq. Bu barədə Gizmochina saytı xəbər verib. 5G smartfon ilk öncə Cənubi Koreyada satışa çıxacaq. Belə ki, 5G şəbəkəsinin istifadəyə veriləcəyi ilk regionlardan biri də Cənubi Koreya olacaq.
Daha sonra 5G smartfon Yaponiyada, Çində və Avropada satışa çıxacaq. Şirkətin prezidentinin sözlərinə əasən Huawei artıq 10 ölkədə 5G şəbəkəsinin istifadəyə verilməsinə hazırlaşır və yaxın zamanda daha 20 ölkədə bununla bağlı işlərə start veriləcək. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Huawei şirkətinin ilk 5G dəstəkli smartfon modeli həmçinin əyilə bilən də olacaq. Məlumatlarda qeyd olunurdu ki, smartfon Kirin 980 prosessoru və Balong 5000 adlı 5G modem ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
