Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş versiyasını hazırlayır

Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş versiyasını hazırlayır

Texnologiya
22.02.2020 PAYLAŞIM

    Keçən ilin ortasından başlayaraq elektron cihaz istehsalçıları öz məhsullarına Wi-Fi 6 standartının inteqrasiyasına başlamışdılar. Lakin Huawei şirkəti bu məsələdə daha da irəli getməyi qərara aldı və P40 smartfon seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş versiyası üzərində çalışır. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Huawei hal hazırda Wi-Fi 6+ standartı üzərində çalışır. İnsayderlər sözügedən standartın texniki özəllikləri barəsində məlumat verməyiblər.

    Bir neçə müddət bundan öncə Huawei şirkətinin mobil şöbəsinin rəhbəri Li Xiaolong qeyd etmişdi ki, Wi-Fi 6 standartına sahib olan smartfonlarda məlumatların ötürülmə sürəti nəzəri olaraq saniyədə 1200 Mbit təşkil edir. Praktik olaraq isə bu göstərici saniyədə 900 Mbit təşkil edib. Top menecerin sözlərinə əsasən Wi-Fi 6 standartının göstəriciləri 2018-ci ildə təqdim edilmiş Mate 20 flaqman smartfonlarda əldə edilmiş göstəricilərdən geridə qalır.


    Mütəxəssislərin fikirlərinə əsasən bunun əsas səbəbi ondadır ki, Snapdragon 865 prosessoru aparat səviyyəsində 8x8 MU-MIMO-nu dəstəkləmir və yalnız 2x2 MU-MIMO-da çalışır. Bu isə öz növbəsində məlumatların ötürülmə sürətini aşağı salır. Lakin Huawei smartfonlarında şirkətin Kirin adlı fərdi prosessor modellərindən istifadə olunur.

    Görünür, flaqman modellərdə istifadə olunan Kirin prosessoru daha təkmilləşdirilmiş şəbəkə özəlliklərinə sahibdir. Məlumata əsasən Huawei şirkəti P40 smartfon seriyasında Hisilicon Hi1105 çipindən istifadə edərək Wi-Fi 6 standartının yaxşılaşdırmasından əlavə olaraq öz router modellərini də istehsal edəcək. Həmin routerlər vasitəsilə isə yeni smartfon modellərində Wi-Fi standartının bütün potensialını ortaya qoymaq mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×